"Heç bir qız kasıb oğlana ərə getmək istəməz"


Şou-biznes 14 Yan 2021 17:35:00 156 0

"Heç bir qız kasıb oğlana ərə getmək istəməz"

Aktrisa Pərvin Abıyeva İnstaqram-da canlı yayımda verdiyi açıqlaması ilə müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Kasıb oğlana ərə gedərsiniz" sualına belə cavab verib:

"Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır.

Kasıbam, kasıb ailədə doğulmuşam deyib, kənara çəkilməyin. Kasıbçılıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar".