Azad edilmiş ərazilərimiz minalardan təmizlənir VİDEO


Digərləri 14 Yan 2021 17:14:00 111 0

Azad edilmiş ərazilərimiz minalardan təmizlənir  VİDEO

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır.

Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir. Bu günədək xeyli sayda minalar və partlamamış döyüş susrsatları ərazilərdən toplanıb.

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.