Bizi qarabaqara izləyən mobil tətbiqlər


Digərləri 14 Yan 2021 17:19:00 127 0

Bizi qarabaqara izləyən mobil tətbiqlər

Bu gün informasiya texnologiyaları həyatmızın ayrılmaz bir hissəsinə çevrilib. Mobil tətbiqlər isə bizim demək olar ki, ən yaxın köməkçilərimizdir. İstənilən yerdə mobil tətbiq vasitəsilə taksi sifariş edirik və yaxud hansısa işimizi həyata keçiririk. Bəli, bütün bunlar həyatımızı asanlaşdırır. Ancaq bu tətbiqlərin mənfi tərəfləri haqqında heç nə düşünmürük. Fərqində deyilik ki, bu mobil tətbiqlər bizə heç də əvəzsiz xidmət göstərmir, o tətbiq vasitəsilə bizdən də istifadə olunur. Yəni bizim yazışmalarımız, nə haqqında danışdığımız, hara getdiyimiz, ən çox kiminlə və nə haqqında danışdığımız və s. kimi bir çox məlumatlar bu tətbiqlər tərəfindən izlənilir, toplanılır və hansısa məqsədlər üçün istifadə edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu məlumatların reklam və kommersiya məqsədləri ilə, yəni insanların məlumatlarnı, hərəkətərini və yazışmalarnı izləməklə onların maraq dairəsinə uyğun reklamın göstərilməsi və bu yolla reklam verən tərəfə də uyğun auditoriyanı təqdim etməklə ödənişin alınması üçün istifadə olunur.

Sözdə belədir, ancaq dünyada baş verən bir sıra hadisələr göstərir ki, bizim haqqımızda toplanan məlumatlar tamam başqa məqsədlər üçün də istifadə oluna bilər. Misal üçün, "Cambridge Analytica" şirkəti ətrafında qalmaqalı xatırlatmaq yerinə düşər. Belə ki, şirkət 87 milyon "Facebook" istifadəçisi haqda fərdi məlumatları toplayıb və sonradan ABŞ-da keçirilən prezident seçkiləri, eləcə də Böyük Britaniyanın Aİ-dən çıxmasına dair referendum zamanı bu məlumatlardan siyasi reklam üçün istifadə etmişdi, nəticədə isə "Facebook" 5 milyard dollar cərimə edildi.

2013-cü ildə "Facebook"un aldığı ONAVO servisinin təklif etdiyi pulsuz VPN istifadəçisinin hansı saytlara daxil olması və hansı əlavələrdən istifadə etməsi haqda məlumatları topladığı üzə çıxdı.

"WhatsApp" vasitəsi ilə kompüterlərdən faylların oğurlanması da mümkündür. Mütəxəssislər bu faktı açıqladıqdan sonra "WhatsApp" belə problemin olduğunu etiraf edib, amma artıq aradan qaldırlıdığını bildirib.