TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək


Digərləri 14 Yan 2021 16:26:07 114 0

TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək

Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib.

O qeyd edib ki, TANAP-ın kommersiya istismarı başladıqdan etibarən Türkiyəyə 8,4 milyard kubmetr qaz nəql edilib:

"Tədürükün üçüncü ilindən başlayaraq, boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr tədarük ediləcək, 2022-ci ildən isə Avropaya ildə 10 milyard kubmetr qaz daxil olacaq".