Ombudsman işğaldan azad edilmiş ərazilərdə terrorçudiversant qüvvələrin qəsdən yerləşdirilməsini qəti şəkildə pisləyir


Siyasət 14 Yan 2021 16:27:03 41 0

Ombudsman işğaldan azad edilmiş ərazilərdə terrorçudiversant qüvvələrin qəsdən yerləşdirilməsini qəti şəkildə pisləyir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu ölkəmizin müvafiq dövlət orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ombudsman Aparatından Son.az-a bildirilib ki, həmin ərazilərdə qarşı tərəfə məxsus qanunsuz silahlı birləşmələrin mövcudluğu kobud hüquq pozuntusu olmaqla, insan və vətəndaş hüquqlarına ciddi təhdiddir. Bu cür qanunsuz silahlı dəstə üzvlərinin həbs edilməsi etnik mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq həmin ərazilərdə yerləşən hər bir kəsin başda yaşamaq hüququ olmaqla, hüquq və azadlıqlarının təminatına və ölkə ərazisində real terror və cinayət hallarının qarşısının alınmasına xidmət edir.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinə atəşkəs əldə edildikdən sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə göndərilmiş həmin şəxslərin törətdikləri terror əməlləri nəticəsində hərbi quluqçularımız və mülki vətəndaşlarımız arasında həlak olan və yaralananlar olmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq işğaldan azad edilmiş ərazilərimizə Ermənistan tərəfindən qəsdən və məqsədyönlü şəkildə terrorçu-diversant qüvvələrin yerləşdirilməsini və onların törətdikləri cinayət əməllərini qəti şəkildə pisləyirik.

Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Cinayət xarakterli əməllər törətdiklərinə görə saxlanılan erməni terrorçu-diversant qrupun üzvləri beynəlxalq humanitar hüququn və ölkəmizin milli qanunvericiliyinin tələblərinə əsasən birmənalı olaraq hərbi əsir statusu daşımır və bu statusa iddia edilməsinin heç bir hüquqi əsası yoxdur.

Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatın qüvvəyə minməsi ilə hərbi əməliyyatların dayandırılmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversant dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda terrorçu-diversant qrupun insan təlafatına səbəb olan təxribat və terror xarakterli əməlləri açıq-aşkar cinayət hesab olunduğundan onlar barəsində ölkəmizin cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət tədbirlərinin tətbiq edilməsi anlayışla qəbul edilməlidir.

Azərbaycanın silahlı qüvvələri və dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu kimi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olduğundan bu cinayətkar əməllərə qeyd-şərtsiz son qoyulmalıdır.

Bir daha Ermənistan tərəfini 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə riayət etməyə, dinc insanların həyatına təhdid yaradan, hüquq və azadlıqlarının pozulmasına yönəlik təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquq normalarını yalnız tövsif etməklə siyasi manipulyasiyaya yol verməməyə çağırırıq.

TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək like
  • 14 Yan 16:26  
Digərləri TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək

Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildən etibarən Avropaya ildə 10 mi

arrow Ətraflı
Qarabağ topraqları hesabına ərzaq təhlükəsizliyimiz daha da güclənəcək  VİDEO like
  • 14 Yan 16:20  
Digərləri Qarabağ topraqları hesabına ərzaq təhlükəsizliyimiz daha da güclənəcək VİDEO

Ötən il kənd təsərrüfatı sektoru pandemiyadan ən az zərər görən sah

arrow Ətraflı
Dağıstanda 53 min insan işıqsız qaldı like
  • 14 Yan 16:14  
Dünya Dağıstanda 53 min insan işıqsız qaldı

Dağıstanda güclü külək səbəbindən, demək olar ki, 53 minə yaxın əha

arrow Ətraflı
İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq  DİM like
  • 14 Yan 16:10  
Digərləri İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq DİM

Tarix fənnindən qəbul imtahanlarının proqramına Vətən Müharibəsindən

arrow Ətraflı
Sağlamlığını roluna qurban verdi like
  • 14 Yan 16:09  
Digərləri Sağlamlığını roluna qurban verdi

Aktrisa Nikol Kidman səhhəti ilə bağlı problemlər yaşadığını bildirib

arrow Ətraflı
"Azərbaycanla qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır" like
  • 14 Yan 16:08  
Siyasət "Azərbaycanla qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır"

Pakistanla Azərbaycan arasında qarşılıqlı ticarətin həcmini genişləndi

arrow Ətraflı
Magistratura imtahanları ilə bağlı sənəd qəbulu yanvarın 30na qədər başlaya bilər like
  • 14 Yan 16:06  
Digərləri Magistratura imtahanları ilə bağlı sənəd qəbulu yanvarın 30na qədər başlaya bilər

Magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər

arrow Ətraflı
"İmtahan tarixləri haqqında yalnız yanvarın 18dən sonra danışmaq mümkündür" like
  • 14 Yan 16:05  
Digərləri "İmtahan tarixləri haqqında yalnız yanvarın 18dən sonra danışmaq mümkündür"

İmtahan tarixləri haqqında yalnız yanvarın 18-dən sonra danışmaq mümkü

arrow Ətraflı
Epilepsiya xəstəliyindən əziyyət çəkən Selin anası kömək istəyir like
  • 14 Yan 16:04  
Digərləri Epilepsiya xəstəliyindən əziyyət çəkən Selin anası kömək istəyir

Selin Xanbutayevanın anası Samirə Xanbutayeva kömək etməyimizi xahiş edib

arrow Ətraflı
Cəlilabadda 1244 nəfər cərimələndi like
  • 14 Yan 16:03  
Digərləri Cəlilabadda 1244 nəfər cərimələndi

Ötən il Cəlilabad rayonunda karantin rejimi qaydalarını pozan 1244 şəxs b

arrow Ətraflı
"İnsanlar havalarda idi, qaza gəlirdilər" like
  • 14 Yan 15:58  
Şou-biznes "İnsanlar havalarda idi, qaza gəlirdilər"

Hər dəfə gedirəm ki, Türkiyədə mahnı çıxarım. Orada tanınıram və b

arrow Ətraflı
"Trampın impiçmenti ABŞın daxili işidir"  Çin XİN like
  • 14 Yan 15:52  
Dünya "Trampın impiçmenti ABŞın daxili işidir" Çin XİN

Çin Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Trampın impiçmenti qərarını

arrow Ətraflı
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı like
  • 14 Yan 15:47  
Digərləri Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanuns

arrow Ətraflı
Türkiyədə 100 mindən çox səhiyyə işçisi peyvənd olunub like
  • 14 Yan 15:42  
Dünya Türkiyədə 100 mindən çox səhiyyə işçisi peyvənd olunub

Türkiyədə koronavirusa qarşı peyvənd olunan səhiyyə işçilərinin sayı

arrow Ətraflı