Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb
Siyasət 14 Yan 2021 16:29:28 43 0
2021-ci ilin 14 yanvar tarixində Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş baş tutub.
Bu xəbəri də oxu: AGFnin vitseprezidenti Altay Həsənov: Əldə etdiyimiz nailiyyətlər Mehriban xanım Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsidir
Nazirlər Azərbaycanı işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən Pakistan naziri ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin hər zaman dəstəklədiyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.
İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər, inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə etdilər.
Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfər mübadilələrinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirildi.
Görüş zamanı, həmçinin ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edildi, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulandı.
Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası Höküməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş" imzaladılar.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfində

Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildən etibarən Avropaya ildə 10 mi

Ötən il kənd təsərrüfatı sektoru pandemiyadan ən az zərər görən sah

Dağıstanda güclü külək səbəbindən, demək olar ki, 53 minə yaxın əha

Tarix fənnindən qəbul imtahanlarının proqramına Vətən Müharibəsindən

Aktrisa Nikol Kidman səhhəti ilə bağlı problemlər yaşadığını bildirib

Pakistanla Azərbaycan arasında qarşılıqlı ticarətin həcmini genişləndi

"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı"

Magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər

İmtahan tarixləri haqqında yalnız yanvarın 18-dən sonra danışmaq mümkü

Selin Xanbutayevanın anası Samirə Xanbutayeva kömək etməyimizi xahiş edib

Ötən il Cəlilabad rayonunda karantin rejimi qaydalarını pozan 1244 şəxs b

Hər dəfə gedirəm ki, Türkiyədə mahnı çıxarım. Orada tanınıram və b

Çin Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Trampın impiçmenti qərarını

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanuns
