Dağıstanda 53 min insan işıqsız qaldı


Dünya 14 Yan 2021 16:14:00 123 0

Dağıstanda 53 min insan işıqsız qaldı

Dağıstanda güclü külək səbəbindən, demək olar ki, 53 minə yaxın əhali işıqsız qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

"Əlverişsiz hava şəraiti səbəbindən 6-10 kV-lik paylayıcı şəbəkələrdə fasilələr yaşanır",- məlumatda qeyd olunub.

Təxminən 52,800 nəfərin yaşadığı Tsumadinski, Kasumkent və Qunibski rayonlarındakı 118 yaşayış məntəqəsi işıqsız qalıb.