Tərtərdə generator və direl oğurlayan şəxs saxlanıldı FOTO


Kriminal 14 Yan 2021 15:30:00 174 0

Tərtərdə generator və direl oğurlayan şəxs saxlanıldı  FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Köçərli kəndi ərazisindəki avtomobil təmir məntəqəsindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, yanvarın 13-də rayon sakini olan 1 nəfər RPŞ-yə ərizə ilə müraciət edərək icarə əsasında işlətdiyi avtomobil təmir məntəqəsindən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Laçın rayon sakini Elgün Məhərrəmov saxlanılıb. Araşdırmalarla onun 1 ədəd generator, 2 ədəd direl və digər təmir məqsədi ilə istifadə olunan alətləri oğurlamaqla zərərçəkmişə 800 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onun digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.