Türkiyədə 6 PKK üzvü həbs olundu


Dünya 14 Yan 2021 14:52:00 128 0

Türkiyədə 6 PKK üzvü həbs olundu

Türkiyənin Diyarbakir şəhərində keçirilən əməliyyatla 6 PKK terrorçusu həbs olunub.

Son.az unikal.org-a istinadən bildirir ki, əməliyyatı Diyarbakir jandarm qüvvələri həyata keçirib. Nəticədə axtarılan 7 terrorçudan 6-sı saxlanılıb. Saxlanılanların hamısı PKK terror təşkilatının üzvləridir.

Hazırda araşdırmalar davam etdirilir. 1 terrorçunun həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.