Fəhlə hündürlükdən yıxıldı


Digərləri 14 Yan 2021 14:41:00 119 0

Fəhlə hündürlükdən yıxıldı

Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini, 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon Prokurorluğundan Son.az-a verilən məlumata görə, ilkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.