DMXnin saxlama mərkəzlərində koronavirusa yoluxma olmayıb


Digərləri 14 Yan 2021 14:02:00 132 0

DMXnin saxlama mərkəzlərində koronavirusa yoluxma olmayıb

2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilən əcnəbilərin səhhəti diqqət mərkəzində olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb: "Keçən il qanunsuz miqrasiyaya qarşı görülmüş tədbirlərdə 51 faiz azalma olub. Bu rəqəm 2019-cu ildə 14834 olubsa, 2020-ci ildə 7317-yə düşüb. Qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub - 2019-cu ildə 1237, 2020-ci ildə 332 nəfər. Saxlama mərkəzi qapalı yer olduğundan bütün gigiyena tədbirləri görülüb, heç bir saxlanılan şəxsdə koronavirusa yoluxma qeydə alınmayıb".