"Manukyanın fikirləri Ermənistanın qanunsuz hərəkətlərinin üstünü açır"


Siyasət 14 Yan 2021 13:52:00 54 0

"Manukyanın fikirləri Ermənistanın qanunsuz hərəkətlərinin üstünü açır"

Ermənistanın keçmiş baş naziri, hazırda müxalifətin baş nazir vəzifəsinə irəli sürdüyü vahid namizəd Vazgen Manukyanın "Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana Əbülfəz Elçibəyin rəhbərlik etməsi bizə qalib gəlməkdə kömək oldu" deyə verdiyi sonuncu açıqlaması Ermənistanın özünün törətdiyi qanunsuz, beynəlxalq hüquqa zidd hərəkətlərin üstünü açır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Manukyan bu açıqlaması ilə özü etiraf edir ki, Ermənistan o dövrdə işğalçılıq siyasəti yeridib, qonşu dövlətin torpaqlarını işğal edib. Bu işğala həmin dövrdə Ermənistanın baş naziri olmuş Manukyan rəhbərlik edib. Onun rəhbərliyi ilə Xocalı faciəsi törədilib, 1 milyondan çox azərbaycanlı qaçqın və köçkün olub. Köçəryan da, Sarkisyan da məhz onun kadrları olublar".

A.Mirzəzadə əlavə edib ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti zəif olsa belə, Ermənistan bundan sui-istifadə etməməli idi.

Deputatın bildirdiyinə görə, Manukyan bu açıqlaması ilə işğalçılıq əhval-ruhiyyəsindən hələ də imtina etmədiklərini açıq şəkildə etiraf edir:

"O, öz ölkəsini qonşu Azərbaycanla mehriban qonşuluq siyasəti yeritməyə, sərhədləri tanımağa çağırmır. O, torpaqları itirdiyini bildirir. Amma o torpaqlar Ermənistanın deyil, Azərbaycanın beynəlxalq çərçivədə tanınan torpaqlarıdır. Əgər Manukyan hesab edirsə ki, hakimiyyətdə Paşinyan deyil, digəri olarsa, bunlar baş verməyəcək idi, çox böyük səhv edir. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün variantları nəzərdən keçirib. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan torpaqlarını işğaldan azad edəcəkdi".

Millət vəkili qeyd edib ki, bu gün Ermənistan cəmiyyətinin müəyyən bir hissəsi hələ də "Böyük Ermənistan" xülyasından əl çəkmir, milli dövlətçiliyin inkişafını beynəlxalq hüquqa hörmətdə, qonşularla xoş münasibətdə deyil, qonşu dövlətin torpaqlarına iddiada görürlər.

Deputatın fikrincə, Ermənistanın müharibədə Azərbaycana uduzmasının kökündə həmin ölkənin cinayətkar dövlətçilik siyasəti dayanır. Qonşu ölkələrlə münasibətləri orta əsr təfəkkürü ilə qurmaq lazım deyil:

"Hesab edirəm ki, Manukyan kimilərinin belə bəyanatları Ermənistanda hələ də müasir düşüncənin olmadığını, Ermənistan dövlətçiliyinin cinayətkar modeldən imtina edərək sivil modelə keçmək fikrindən uzaq olduğunu göstərir. Amma manukyanların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib".

A.Mirzəzadənin qənaətincə, Manukyan kimilərinin belə bəyanatları Ermənistan dövlətinə böyük bir zərbədir, Ermənistan xalqı üçün yeni faciələrin yaranmasına çağırışlardır:

"Ermənistanda xülyalardan ayrılmağın, vəziyyətə real qiymət verilməyin, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsinin, xalqların tarixi abidələrinə, torpaqlarına iddia etməkdən imtina etməsinin vaxtı çoxdan gəlib çatıb" .

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri, hazırda müxalifətin baş nazir vəzifəsinə irəli sürdüyü vahid namizəd Vazgen Manukyan Rusiya mətbuatına müsahibəsində "rəngli inqilablar" nəticəsində rəhbərliyə səriştəsiz şəxslərin gəldiyini söyləyib.

O bildirib ki, Ermənistanda 2018-ci ildə baş vermiş hadisələr, Nikol Paşinyanın hakimiyyətə gəlməsi adi "rəngli inqilab" idi, bu cür inqilablar isə ölkəyə yaxşı heç nə gətirmir:

"Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana Əbülfəz Elçibəyin rəhbərlik etməsi bizə kömək oldu. O vaxt "rəngli inqilab" anlayışı olmasa da, o, məhz bu yanaşmanı tətbiq edib. İndi isə Azərbaycan bizdə öz "Elçibəyimiz"in olmasından istifadə etdi.

Manukyanın dediyindən bir də o aydın olur ki, Ermınistanda müəyyən qüvvılər Azərbaycanda güclü dövlətin və güclü hakimiyyətin olmasından narahatdırlar. Qoy bilsinlər ki, bu Azərbaycanda həmişə belə olacaq və Azərbaycanı bölmək və torpağına kənardan sahib çıxmaq artıq heç zaman mümkün olmayacaq".

Hazırda Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı like
  • 14 Yan 13:51  
Digərləri Hazırda Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı

2020-ci ildə ölkəyə gələn əcnəbilərin sayında dörd faiz azalma müşa

arrow Ətraflı
1784 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb, like
  • 14 Yan 13:41  
Digərləri 1784 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb,

Postlardan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olu

arrow Ətraflı
İşyaşama icazələri ilə bağlı elektron müraciətlərin sayı artıb like
  • 14 Yan 13:35  
Digərləri İşyaşama icazələri ilə bağlı elektron müraciətlərin sayı artıb

Ölkədə müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələr

arrow Ətraflı
"Dağlıq Qarabağda atəşkəsə əməl olunması üzrə fəaliyyətimizi davam etdirəcəyik" like
  • 14 Yan 13:32  
Siyasət "Dağlıq Qarabağda atəşkəsə əməl olunması üzrə fəaliyyətimizi davam etdirəcəyik"

Dağlıq Qarabağ münaqişəsinin səbəbi bir ölkənin digər ölkənin əraz

arrow Ətraflı
Mənfi rezuslu qan ehtiyatları azalıb like
  • 14 Yan 13:30  
Digərləri Mənfi rezuslu qan ehtiyatları azalıb

Hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4)

arrow Ətraflı
Bakıda güclü külək əsəcək like
  • 14 Yan 13:25  
Digərləri Bakıda güclü külək əsəcək

Yanvarın 15-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bul

arrow Ətraflı
Moskvada məktəblər açılır like
  • 14 Yan 13:24  
Dünya Moskvada məktəblər açılır

Moskvada orta məktəblərdə tədris yanvarın 18-dən bərpa olunacaq.

arrow Ətraflı
Pandemiya dövründə  ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlandı like
  • 14 Yan 13:19  
Digərləri Pandemiya dövründə ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlandı

Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşd

arrow Ətraflı
Hər kəs qəhrəman zabitimiz like
  • 14 Yan 13:13  
Digərləri Hər kəs qəhrəman zabitimiz

Bədənindən qəlpə yaraları alan qəhrəman zabitimiz Elsevər Şirəlizadə

arrow Ətraflı