Moskvada məktəblər açılır


Dünya 14 Yan 2021 13:24:00 108 0

Moskvada məktəblər açılır

Moskvada orta məktəblərdə tədris yanvarın 18-dən bərpa olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Moskvanın meri Sergey Sobyanin bildirib.

Qeyd olunur ki, dərslər bərpa olunduqdan sonra koronavirusa yoluxma halı qeydə alınsa, həmin şagirdin olduğu sinif distant təhsil formatına keçəcək. Bununla belə, məktəbdə dərslər davam etdiriləcək.

Eyni zamanda kollec və ali məktəblər yanvarın 21-dək bağlı qalacaq.