Mənfi rezuslu qan ehtiyatları azalıb


Digərləri 14 Yan 2021 13:30:00 109 0

Mənfi rezuslu qan ehtiyatları azalıb

Hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Qan Bankı açıqlayıb.

Qan Bankı donorları fəal olmağa çağırıb:

"Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün donorlara ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl".