Hər kəs qəhrəman zabitimiz


Digərləri 14 Yan 2021 13:13:00 109 0

Hər kəs qəhrəman zabitimiz

Bədənindən qəlpə yaraları alan qəhrəman zabitimiz Elsevər Şirəlizadə Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. O, yaralı əsgərini döyüş zonasından çıxararkən yanında mərmi partlayıb. Hazırda Şəkinin Baş Zəyzid kəndində olan yaralı zabiti kənd sakinləri tək qoymur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, vətən müharibəsində iştirak edən qəhrəman döyüşçülərdən biri də Elsevər Şirəlizadədir.

O, 1994-cü ildə Şəkinin Baş Zəyzid kəndində anadan olub. Sırf torpaqlarımızı azad etmək üçün hərbçi olub. 2016-cı ildə hərbi akademiyanı bitirərək peşəkar zabit kimi orduda xidmətə başlayıb. Son döyüşlərdə də həmişə ön sıralarda döyüşən zabit Füzuli uğrunda gedən döyüşlərdən birində yaralı döyüş yoldaşını ölümdən qurtarmaq istədikdə ona qəfil düşmən minaatanının mərmisinin qəlpəsi dəyib.

Ona müalicə alarkən çox hərəkət etməməsi tövsiyə olunub. Lakin qələbə xəbərini eşidəndə isə özünü saxlaya bilməyib.

Elsevər Şirəlizadə deyir ki, bədənindən bir neçə qəlpə çıxarılsa da, hələ 2-si qalıb.

Bu gün kənd sakinləri Elsevərin yanına toplaşır, tez sağalması üçün ona mənəvi dəstək olurlar.