"Moskvada imzalanmış üçtərəfli bəyanat regionda sülhün təmin edilməsinə xidmət edir"
Siyasət 14 Yan 2021 10:50:00 48 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Moskvada imzalanmış üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, mənafelərinə uyğundur və münaqişədən sonrakı dövrün strateji hədəflərini müəyyən etməklə bilavasitə sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Bu xəbəri də oxu: ""Milli şuranın" milli xəyanəti yeni hadisə deyil"
Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, bu bəyanat 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın davamı olmaqla, əsasən yol-nəqliyyat infrastrukturunun bərpa edilməsini nəzərdə tutur ki, bu da nəinki bəyanatı imzalamış 3 dövlət üçün, eləcə də qonşu dövlətlər üçün də çox böyük əhəmiyyətə malik olduğunu göstərir:
"Bu bəyanat həmçinin regionda iqtisadiyyatın inkişafı ilə bərabər, həm də qarşılıqlı etimadın, əməkdaşlığın və dostluğun yaradılması üçün çox vacibdir. Yol-nəqliyyat infrastrukturunun bərpa edilməsi ilə əlaqədar işçi qrupunun yaradılması deməyə əsas verir ki, problemlərin aradan qaldırılması sahəsində əsaslı tədbir görüləcəkdir".
T.Rzayev vurğulayıb ki, Azərbaycanla Naxçıvanı birləşdirən dəmiryol və avtomobil yolunun təmir edilməsi respublikamızın gələcək inkişafı üçün xüsusilə önəmlidir: "Dövlətimizin başçısı cənab İlham Əliyevin "Münaqişə tarixdə qaldı" fikirlərinə əsaslanaraq deyə bilərik ki, 3 dövlət başçısının imzaladığı bu bəyanat həqiqətən də regionda sülhün və təhülkəsizliyin təmin olunması və xalqlararası münasibətlərin sağlam ruhda formalaşması üçün qiymətlidir.
Çünki bu sənəddə söhbət təkcə münaqişənin aradan qaldırılmasından, müharibənin dayandırılmasından deyil, region dövlətlərinin iqtisadi-mədəni inkişafı üçün çox vacib olan yol-nəqliyyat infrastrukturunun bərpa edilməsindən və insanların xoşbəxt gələcəyindən gedir. Əlbəttə ki, bu bəyanat hər 3 dövlətin mənafelərinə uyğundur və sözsüz ki, bu məsələlərin həlli Azərbaycanın gələcək iqtisadi inkişafına böyük təkan verəcək".
Almaniyanın "Die Welt" və "Welt am Sonntag" qəzetlərinin

Bütün Ermənistan ərazisində əhaliyə elektroenerji və təbii qazın veril

Narkotik maddə əldə edərək onu satmaq istəyən şəxslər saxlanıb. Polis

Xəyanət iki nəfərin ölümünə səbəb olub.

Yanvarın 11-də baş tutan bu görüşün əsas nəticəsi ondan ibarət oldu

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini ba

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) alimləri tərəfindən vulkan palçı

Amerikalı aktyor Tom Henks ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezide

Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini Mix

ABŞ-ın "Twitter" şirkətinin rəhbəri Cek Dorsi ABŞ-ın hazırkı

İşğaldan azad olunmuş ərazidə yol çəkən traktor minaya düşüb.

Türkiyədə yayımlanan "Masumlar Apartmanı" serialına aktyor daxil

Yanvarın 13-də Çində koronavirusdan ölüm qeydə alınıb.

Türkiyəli aktrisa Məryem Üzərli bir neçə gün əvvəl dünyaya gələn q
