Trampın daha bir sosial şəbəkə hesabı bağlandı


Dünya 14 Yan 2021 11:29:00 95 0

Trampın daha bir sosial şəbəkə hesabı bağlandı

ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.

Son.az unikal.org-a istinadən bildirir ki, "Snapchat" sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.

Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir: "İctimai təhlükəsizliklə əlaqədar yalan məlumatların, nifrət doğuran ifadələrin və şiddətə təhrik edilmənin qarşısını almaq üçün Trampın hesabını həmişəlik bağlamağa qərar verdik".