ÜSTün ekspert qrupu Uhana gedib


Dünya 14 Yan 2021 09:22:00 138 0

ÜSTün ekspert qrupu Uhana gedib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin mərkəzi Hubey əyalətinin administrativ mərkəzi Uhana gediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu, bu barədə "CGTN" telekanalının "Twitter" səhifəsində yerləşdirilən mesajında bildirilir.

"Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu koronavirusun yaranması səbəblərinin müəyyənləşdirilməsi Mərkəzi Çinin Uhan şəhərinə gəldi. İşə başlamazdan əvvəl mütəxəssislər karantinə yerləşdiriləcək", - mesajda deyilir.