Rusiya Ermənistanın qazını və işığını kəsdi


Dünya 14 Yan 2021 10:40:00 126 0

Rusiya Ermənistanın qazını və işığını kəsdi

Bütün Ermənistan ərazisində əhaliyə elektroenerji və təbii qazın verilməsi dayandırılıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı belədir.

O, Rusiyanın "Qazprom" korporasiyasının Ermənistandakı nümayəndəsi olan və Ermənistanın qazpaylaşan şəbəkəsinə tam nəzarət edən "Qazprom Armeniya"ya müraciət edərək sabah ölkədə təbii qaz istehlakını maksimum məhdudlaşdırmağa çağırıb.

Səbəb Ermənistandakı qazpaylama şəbəkəsinin faciəli vəziyyətdə olmasıdır. Son üç ildə şəbəkənin təmirinə və yenilənməsinə əsla sərmayə yatırılmayıb. Üstəlik, N.Paşinyanın göstərişi ilə "Qazprom Armeniya"ya qarşı cinayət işləri qaldırılıb, istintaq gedir.

Ermənistanda elektroenerji istehsalı, əsasən, istilik-elektrik stansiyaları vasitəsilə reallaşdığından, ölkədə əhaliyə elektroenerjinin verilməsi də dayandırılıb.

"Blekaut" bir gün davam edəcək.

"Qazprom Armeniya" isə vəziyyəti nisbətən "qanuniləşdirməyə" çalışıb.