Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb


Siyasət 14 Yan 2021 10:45:00 53 0

Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb

Almaniyanın "Die Welt" və "Welt am Sonntag" qəzetlərinin xarici siyasət üzrə redaktoru Daniel-Dilan Bömerin müəllifliyi ilə "Welt am Sonntag" qəzetində "Raket qızının yanında ananı öldürür" başlıqlı məqalə dərc olunub. Məqalə həmçinin, "welt.de" internet portalında yerləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Bərdə şəhərinə, işğaldan azad olunmuş Ağdam bölgəsinə və Tərtər rayonunun Şıxarx kəndinə səfər edən almaniyalı jurnalist məqalədə bu yerlədə gördükləri barədə məlumat verir.

Bərdə şəhərində ermənilərin raket hücumuna məruz qalmış mülki şəxslərdən biri - Əfsanə Mustafayeva hücum olan gün barədə alman jurnalistə məlumat verir, baş verənləri təsvir edir. O, hücum nəticəsində anasını necə itirməsindən və tanıdıqları insanların yaralanmasından danışır.

Daha sonra Tərtər rayonunun Şıxarx kəndində olan müəllif orada kənd sakinləri Akif Əhmədov və Nəsibə Cabbarova ilə görüşür. Akif Əhmədov qonşusu Nəsibə Cabbarovaya məxsus evin ermənilərin raket hücumuna məruz qalmış hissəsində dayanaraq orada baş verənlər barədə söhbət açır. Məqalədə bildirilir ki, Şıxarx kəndinin sakinləri əslən bu kənddən deyillər, onlar buraya Azərbaycanın Kəlbəcər rayonunun dağlıq kəndlərindən, yaşadıqları ərazinin 90-cı illlərin əvvəllərində ermənilər tərəfindən işğal edilməsi və mülki əhalininin oradan qovulması nəticəsində məcburi olaraq köçüblər. Qeyd olunur ki, son müharibədə azərbaycanlılar qələbə çalıb və Kəlbəcəri geri alıblar. Kənd sakinləri sevinclə artıq özlərini qaçqın kimi hiss etmədiklərini ifadə edir və buna görə Azərbaycan prezidentinə təşəkkür edirlər.

Müəllif münaqişənin tarixi barədə məlumat verir. Bildirilir ki, sovet dövründə Azərbaycana məxsus olan Dağlıq Qarabağın əhalisinin əksəriyyətini təşkil edən ermənilər Sovet İttifaqının dağlıması və 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsindən sonra yeni dövlətin tərkib hissəsi olmaq istəməyib və beləcə qonşular arasında müharibə başlayıb. Ermənistan 1994-cü ildə qalib gəlib və Dağlıq Qarabağ, eləcə də ətraf rayonları alıb. Qeyd olunur ki, beynəlxalq hüquqşünasların əksəriyyətinin Dağlıq Qarabağın Azərbaycana məxsus olması bağlı hər hansı tərəddüdü yoxdur. Əlavə olunur ki, son atəşkəs razılaşmasından sonra erməni əhalisinin Dağlıq Qarabağda movcudiyyəti davam edir, ətraf rayonlar isə Azərbaycana geri verilib. Müəllif qeyd edir ki, çox az jurnalist bu ərazilərə səfər etmək imkanına malikdir. Buranı görənlər isə nifrətin dünyanı necə dəyişə biləcəyinin şahidi olurlar.

Daha sonra müəllif işğaldan azad olunmuş Ağdamdakı vəziyyəti, o cümlədən dağıdılmış binaları, istifadəsiz qalmış əkin sahələrini təsvir edir. Vurğulanır ki, çox yerdə mina xəbərdarlığı işarəsi nəzərə çarpır və dünyanın heç bir digər ərazisi Ağdam kimi sıx şəkildə minalanmayıb. Qeyd olunur ki, brinci müharibə zamanı bir vaxtlar 28 000 əhalinin yaşadığı Ağdamı ermənilər böyük dağıntılar olmadan işğal ediblər və bir neçə həftə əvvəl isə döyüşsüz Azərbaycana geri təslim ediblər. Ağdamı xarabalığa çevirən erməni əsilli sosial qüvvələr olub. Onlar Ağdamı tikinti materialları bazası kimi istifadə edib və buranı rayonun əvvəki sakinləri üçün bir daha yaşanılmaz hala gətirmək məqsədilə dağıdıblar.

Keçmiş Ağdam sakini Məlahət Quliyeva Ağdam şəhərinin əvvəlki vəziyyəti ilə bağlı jurnalistə məlumat verir. O, bir zamanlar azərbaycanlılar və ermənilərin dinc şəkildə yanaşı yaşadığını bildirir. Daha sonra o, qaçqın düşmələrindən, bu zaman 6 qohumunu itirməsindən, habelə ermənilərin cəsədlərin qızıl dişlərini əldə etmək üçün Ağdam qəbiristanlığında qəbirləri dağıtmasından söhbət açır.

Məqalədə Dağlıq Qarabağın mühüm əhəmiyyət kəsb etməsinin həmçinin onun Rusiya və Avropanın qarşılaşdığı, Xəzər və Qara dənizləri arasında yerləşən, strateji önəmə malik olan ərazi olması ilə bağlı olduğu qeyd olunur. Bildirilir ki, ermənilər əsasən Moskvavın müttəfiqi sayılır, Azərbaycan isə NATO və Türkiyənin mühüm tərəfdaşıdır. Son müharibə zamanı Türkiyə prezidentinin dəstəyi Azərbaycanın qələbəsini təmin edib, Rusiya isə Ermənistana kömək etmək üçün az iş görüb. Rusiya prezidenti Putinin razılaşdırdığı atəşkəs münaqişəni həll etmədən müharibənin davam etməsini dayandırıb və Moskvanın regionda nüfuzunu təmin edib. Rusiya təqribən 2000 əsgərlə atəşkəsə nəzarət edir. Nəticədən həmçinin Türkiyə öz mənfəətini götürüb, belə ki, Azərbaycana torpaq yolu ilə dəhliz əldə edib. Avropa və ABŞ isə uduzanlar sırasındadır. Müharibə başlanmazdan əvvəl Almaniyanın da iştirak etdiyi, ABŞ, Fransa və Rusiyanın isə həmsədr olduğu ATƏT-in Minsk qrupunun münaqişəni sülh yolu ilə həll etmək cəhdləri uğursuzluqla nəticələnib.

Rusiya Ermənistanın qazını və işığını kəsdi like
  • 14 Yan 10:40  
Dünya Rusiya Ermənistanın qazını və işığını kəsdi

Bütün Ermənistan ərazisində əhaliyə elektroenerji və təbii qazın veril

arrow Ətraflı
Evindən 10 kq. narkotik çıxdı  VİDEO like
  • 14 Yan 10:39  
Kriminal Evindən 10 kq. narkotik çıxdı VİDEO

Narkotik maddə əldə edərək onu satmaq istəyən şəxslər saxlanıb. Polis

arrow Ətraflı
"Ermənistan özünü reablitasiya etmək fürsəti əldə edib" like
  • 14 Yan 10:33  
Siyasət "Ermənistan özünü reablitasiya etmək fürsəti əldə edib"

Yanvarın 11-də baş tutan bu görüşün əsas nəticəsi ondan ibarət oldu 

arrow Ətraflı
“Zəfər” avtomobili belə olacaq  VİDEO like
  • 14 Yan 10:28  
Digərləri “Zəfər” avtomobili belə olacaq VİDEO

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini ba

arrow Ətraflı
Azərbaycanda vulkan palçığının xammalı əsasında gübrə hazırlanıb like
  • 14 Yan 10:23  
Digərləri Azərbaycanda vulkan palçığının xammalı əsasında gübrə hazırlanıb

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) alimləri tərəfindən vulkan palçı

arrow Ətraflı
Baydenin inaqurasiyanın aparıcısı bu aktyor olacaq like
  • 14 Yan 10:17  
Dünya Baydenin inaqurasiyanın aparıcısı bu aktyor olacaq

Amerikalı aktyor Tom Henks ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezide

arrow Ətraflı
“Trampın hesabını blokladığımıza görə sevinmirəm”  “Twitter”in rəhbəri like
  • 14 Yan 10:12  
Dünya “Trampın hesabını blokladığımıza görə sevinmirəm” “Twitter”in rəhbəri

ABŞ-ın "Twitter" şirkətinin rəhbəri Cek Dorsi ABŞ-ın hazırkı

arrow Ətraflı
Tərtərdə yol çəkən buldozer minaya düşdü, like
  • 14 Yan 10:11  
Digərləri Tərtərdə yol çəkən buldozer minaya düşdü,

İşğaldan azad olunmuş ərazidə yol çəkən traktor minaya düşüb.

arrow Ətraflı
“Masumlar apartmanı”nda dəyişiklik like
  • 14 Yan 10:06  
Digərləri “Masumlar apartmanı”nda dəyişiklik

Türkiyədə yayımlanan "Masumlar Apartmanı" serialına aktyor daxil

arrow Ətraflı
Çində son 8 ayda ilk dəfə “COVID19”dan ölüm qeydə alındı like
  • 14 Yan 10:01  
Dünya Çində son 8 ayda ilk dəfə “COVID19”dan ölüm qeydə alındı

Yanvarın 13-də Çində koronavirusdan ölüm qeydə alınıb.

arrow Ətraflı
Təbii qaz bahalaşıb like
  • 14 Yan 09:55  
Dünya Təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Məryəm ilk dəfə qızının üzünü göstərdi  FOTO like
  • 14 Yan 09:50  
Digərləri Məryəm ilk dəfə qızının üzünü göstərdi FOTO

Türkiyəli aktrisa Məryem Üzərli bir neçə gün əvvəl dünyaya gələn q

arrow Ətraflı
Azərbaycanda koronavirusa yoluxma faizi kəskin azalıb like
  • 14 Yan 09:46  
Digərləri Azərbaycanda koronavirusa yoluxma faizi kəskin azalıb

Azərbaycanda koronavirus testi verən insanlar arasında yoluxma faizi xeyli az

arrow Ətraflı