Azərbaycanda vulkan palçığının xammalı əsasında gübrə hazırlanıb


Digərləri 14 Yan 2021 10:23:00 134 0

Azərbaycanda vulkan palçığının xammalı əsasında gübrə hazırlanıb

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) alimləri tərəfindən vulkan palçığının xammalı əsasında üzvi-mineral gübrə hazırlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İbrahim Quliyev bildirib.

O, elmi ixtiranın Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində patentləşdirildiyini, seysmoloji mühəndis-geofiziki və geodezik üsullar əsasında Azərbaycanın aktiv sürüşmə sahələrinin dinamik rejiminin modelləşdirilmə texnologiyasının müvəffəqiyyətlə tətbiq olunduğunu söyləyib.

İ.Quliyev ölkə ərazisində alternativ və bərpaolunan enerji potensialı, geotermal enerji sahəsində tədqiqatların aparılması, Azərbaycanın günəş enerjisi atlasının yaradılması istiqamətində tədqiqatların aparıldığını qeyd edib.