Qarabağda yoxa çıxan ermənilər axtarılır FOTO
Siyasət 14 Yan 2021 09:45:23 69 0
Ermənistanın Müdafiə Nazirliyi Qarabağdakı savaşda itkilərin real rəqəmlərini hələ də gizlədir, açıqlamır. Bəyan edilən 3 min nəfərlik rəqəm yalandır, çünki 44 gün davam etmiş İkinci Qarabağ Savaşında Ermənistanın itkiləri dəfələrlə artıqdır. Bu savaşda 7 mindən artıq erməni hərbçinin həlak olduğu, 9 minin yaralandığı, təqribən 2 min nəfərinsə tam sağlam sayılmadığı deyilir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
Son.az bildirir ki, həlak olduğu rəsmi sənədlərdə və statistikada gizlədilənlərdən biri də irəvanlı Vardan Zakaryandır. Sentyabrın 29-da Qarabağ savaşına könüllü yollanmış Vardanın həlak olduğunu valideynləri onunla bir yerdə xidmət etmiş banderloq deyib.
Vardan İrəvandakı Erablur qəbiristanlığında dəfn olunub.
"Oğlumla birlikdə xidmət edən və bizə xəbər verən o gənc olmasaydı, oğlumuz hələ də itkin düşmüşlərin siyahısında idi", - Vardanın valideynləri deyiblər.
Rəsmi İrəvan isə Qarabağdakı hərbi əməliyyatlarda itkilərlə bağlı tamamilə absurd, həqiqətdən uzaq rəqəmlər səsləndirir.
Ermənistanın Müdafiə Nazirliyi savaşda 2070 erməni hərbçinin həlak olduğunu bəyan edib.
Səhiyyə Nazirliyi isə 2425 nəfərin həlak olduğunu, 252 cəsədin isə kimliyinin hələ müəyyənləşdirilmədiyini vurğulayır.
Dağlıq Qarabağdakı terrorçu xunta isə savaşda 1815 qarabağlı erməni silahlının həlak olduğunu bəyan edib.
Eyni zamanda, "Qarabağ savaşında həlak olmuş erməni hərbçilərin 3330 nəfərinin cəsədinin məhkəmə-tibb ekspertizası aparılıb. 1441 cəsədin tanınması üçünsə genetik ekspertizaya zərurət duyulub" açıqlaması ilə çıxış edən Ermənistan Səhiyyə Nazirliyi rəqəmlərlə bağlı vəziyyəti daha da qarışdırıb.
İrəvanda isə Müdafiə Nazirliyinin binasının qarşısında həlak olan və itkin düşən hərbçilərin valideynləri hər gün etiraz aksiyaları keçirirlər. Onlar övladları barədə dəqiq məlumat tələb edirlər.
"Övladlarımızı apardınız, heç olmasa cəsədlərini verin!" - bu qışqırtılar hər gün Ermənistan Müdafiə Nazirliyinin girişində səslənir.
Elçin Alıoğlu Son.az
Füzuli rayonunun Qərvənd kəndindən videogörüntülər yayılıb.

"TV8" telekanalının sahibi, aparıcı Acun Ilıcalı keçmiş həyat

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin mərkəz

Livanda bu gündən yanvarın 25-dək davam edəcək 24 saatlıq komendant saat

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. So

Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keç

Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən və xroniki pa

Adətən bağırsaq traktında çoxlu sayda faydalı funksiyaları yerinə yetir

Qida borusunun disfunksiyası-qida borosunun üzvi dəyişiklikləri olmadan qid

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Yaponiyanın Baş naziri Yoşihide Suqa daha yeddi prefekturda "COVID-19&qu

Qaraciyər digər orqanlara nisbətən daha çox qayğıya ehtiyac duyur. Qaraci

Xroniki pankriatit mədəaltı vəzin iltihabi slekrotik xəstəliyi olub orqan
