Mixail Qusman jurnalistikanın inkişafına verdiyi töhfələrə görə Moskva meriyasının mükafatına layiq görülüb


Dünya 14 Yan 2021 10:14:47 107 0

Mixail Qusman jurnalistikanın inkişafına verdiyi töhfələrə görə Moskva meriyasının mükafatına layiq görülüb

Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman "Ölkə jurnalistikasının inkişafında xidmətlərinə və paytaxt meqapolisinin həyatının xarici ölkələrin rusdilli kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə səmərəli işinə görə" Moskva meriyasının mükafatına layiq görülüb.

Son.az xəbər verir ki, Rusiya Mətbuatı Günü münasibətilə jurnalistlərə mükafatların təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim Moskva meriyasının Ağ salonunda keçirilib.

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid rejimində olan Mixail Qusman kütləvi informasiya vasitələrinin digər nümayəndələri ilə birlikdə mərasimdə iştirak edə bilməyib. O, merə ünvanlanmış məktubunda bu yüksək mükafata görə səmimi təşəkkürünü bildirib.

TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini məktubunda yazır: "Moskva merinin mükafatı bizim üçün - peşəkar jurnalistlər üçün media sahəsində ən ali təltiflərdən biri olmaqla bərabər paytaxtımızın hakimiyyət orqanlarının agentliyin işinə daim diqqət göstərdiyini sübut edir. Biz bunu səmimi qiymətləndiririk".