“Masumlar apartmanı”nda dəyişiklik
Digərləri 14 Yan 2021 10:06:00 1797 0
Türkiyədə yayımlanan "Masumlar Apartmanı" serialına aktyor daxil olacaq.
Son.az axşam.az-a istinadən bildirir ki, real hadisələr əsasında çəkilən ekran işinə aktrisa Serpil Gül də qatılacaq. O serialda Safiye obrazının nənəsi Meryem rolunu canlandıracaq.
Serpil Güldən əvvəl ekran əsərinə Naci rolunu ifa edən Tansel Öngel qatılmışdı.
Serialın əsas rollarında Ezgi Mola, Merve Dizdar və Birkan Sokullu kimi gənc aktyorlar rol alıblar.
Mənbə: milli.az