Bağırsaq disbakteriozu


Digərləri 14 Yan 2021 08:51:00 163 0

Bağırsaq disbakteriozu

Adətən bağırsaq traktında çoxlu sayda faydalı funksiyaları yerinə yetirən bakteriylar yaşayır: B vitamini qrupunu sintez edir, bitki liflərini parçalayır, patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Disbakterioz zamanı bağırsaq bağırsaq mikroflorasında kəmiyyət və keyfiyyət baxımından dəyişikliklər baş verir-lakto və bifidibakteriyaların (yaxşı mikroorqanizmlər) sayı azalır, patogen (pis mikroorqanizmlər) mikroorqanizmlərin sayı isə artır.

Bağırsaq disbakteriozun səbəbləri:

-antibiotiklərin uzunmüddətli və nəzarətsiz qəbulu;

-keçirilmiş kəskin bağırsaq infeksiyası;

-balanssız qidalanma (pəhriz);

-mədə-bağırsaq traktının xroniki xəstəliyi;

-hədsiz dərəcədə spirtli içki qəbulu;

-ağır immun çatışmazlığı (leykoz, QİÇS, bədxassəli şişlərin kimyaterapiya və şüa ilə müalicəsi zamanı).

Disbakteriozun əlamətləri

-qarında narahatlıq;

-yüksək köpmə halı (meteorizm);