"İnstagram"ın işində problemlər yaranıb


Digərləri 14 Yan 2021 07:55:00 124 0

"İnstagram"ın işində problemlər yaranıb

"İnstagram" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Downdetector servisinin saytında bildirilib.

Ən çox şikayət ABŞ, Böyük Britaniya, Polşa, Kanada və Almaniyadan gəlir.

Məlumata əsasən, istifadəçilərin əksəriyyəti sosial şəbəkə saytında nasazlıqlarla üzləşib (45 faiz), digər problem xəbər lentinə baxarkən yaşanır (təxminən 40 faiz), 14 faiz istifadəçi isə hekayələrə baxmaqda çətinliklərdən şikayətlənir.