Spiker Pelosi Trampı ABŞ üçün təhlükəli adlandırıb


Dünya 14 Yan 2021 07:15:00 125 0

Spiker Pelosi Trampı ABŞ üçün təhlükəli adlandırıb

ABŞ prezidenti Donald Tramp "silahlı qiyam"ın səbəkarı oldu, ölkə üçün təhlükə yaradır və vəzifəsindən kənarlaşdırılmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, spiker Nensi Pelosi (demokrat, Kaliforniya ştatı) ABŞ Nümayəndələr Palatasında dövlət başçısının impiçmentinə dair iclasda belə açıqlama verib.

"ABŞ prezidentinin bu iğtişaşı, ölkəmizə qarşı bu silahlı üsyanı başlatdığını bilirik. O getməlidir. O hamımızın sevdiyimiz ölkə üçün açıq və təcili bir təhlükə yaradır" - Pelosi deyib.

"Prezidentə impiçment tətbiq olunmalıdır. Hesab edirəm ki, prezident Senat tərəfindən təqsirli bilinməlidir. [İmpiçment] Bizə əziz olanı məhv etmək əzmindəki bir insandan ölkənin xilas olacağına zəmanət verən konstitusiya vasitəsidir" - spiker əlavə edib.