İkimərtəbəli fərdi ev yanıb


Digərləri 13 Yan 2021 23:30:00 123 0

İkimərtəbəli fərdi ev yanıb

Qazax rayonu, Hüseynbəyli kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.