"Testin nəticəsi neqativ çıxdıqdan sonra..."


Digərləri 13 Yan 2021 23:20:00 68 0

"Testin nəticəsi neqativ çıxdıqdan sonra..."

İnhalyasiya proseduru yeni növ koronavirus (COVID-19) infeksiyası zamanı çox müsbət səmərə verir. İnhalyasiyanın tərkibində istifadə edilən müəyyən preparatlar və bir qədər də steroid mənşəli preparatların qəbul edilməsi hamilələrin nəfəs yollarının açılmasına və selikli qişaların ödeminin aradan qaldırılmasına səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-ginekoloq Nərmin Muradova deyib.

Onun verdiyi məlumata görə, həmin müalicə prosedurunu xəstəliyin kəskin dövründə yox, nisbətən səngiyən mərhələsində etmək lazımdır: "Həm də proseduru bir-iki gün edib uğurlu nəticə əldə edən kimi dayandırmaq da düzgün deyil. Həkimin təyin etdiyi müalicə kursu sona çatdırılmalıdır. Müalicə prosesini 14 gün ərzində aparıb, testin nəticəsi neqativ çıxdıqdan sonra hər şeyin başa çatdığını düşünmək olmaz. Müalicədən sonrakı mərhələdə də mütləq 1 ay ərzində vitamin və su balansını gözləmək, fiziki fəallıq göstərmək, tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Xəstəlik nəticəsində orqanizmdə müəyyən qədər ağciyər zədələnməsi varsa, test nəticəsi neqativ olduqdan sonra da rentgen və kompüter müayinəsi zamanı ocaqların qaldığı müşahidə edilə bilər. Bundan ehtiyat etmək lazım deyil, ağciyərlərdəki həmin ocaqların sorulması üçün müəyyən vaxt lazımdır. Belə xəstələrin bir hissəsi, vəziyyətdən asılı olaraq, pulmonoqların və infeksionistlərin qərarı ilə evə yazıla bilər, lakin sonrakı mərhələdə heç olmasa 1-1,5 ay ərzində həkim nəzarəti altında dəstəkləyici terapiya aparılmalıdır".

COVID-19 infeksiyası zamanı qəbul edilən virus əleyhinə preparatlar barədə həkim-ginekoloq deyib: "Son vaxtlar aparılan bir sıra tədqiqatlar bu xəstəlikdə virus əleyhinə preparatların təsirini aşkar etməyib və ümumilikdə antiviral preparatlar haqqında müxtəlif fikirlər mövcuddur. Lakin yenə də rutin olaraq müəyyən bir taktika daxilində müalicələr aparmağa üstünlük veririk. Göstərişlər əsasında, düzgün dozalandırma şərtilə bir neçə gün ərzində antivirus preparatlarından istifadə edilir və orqanizmin ona qarşı göstərdiyi reaksiya izlənilir. Effekt normal olduqda, bu, birdəfəlik kurs üçün kifayət edir və daha geniş spektrə ehtiyac yaranmır. Əgər xəstədə qızdırma, öskürək və s. kimi hallar davam edirsə, dəstəkləyici oksigen verilməsinə baxmayaraq, qanda oksigenin saturasiyası yenə də aşağıdırsa, o zaman daha yüksək kateqoriyada virus əleyhinə dərmanlar təyin edilir. Həmin preparatların hansı formada təyin edilməsi, hamilə qadında xroniki xəstəliklərin olub-olmaması o qədər də əhəmiyyət daşımır, müalicə prosesinin başlıca məqsədi virusa yoluxmuş orqanizmi xilas etməkdir.

Bərpa mərhələsində immuniteti gücləndirmək məqsədilə qidalanmaya diqqət yetirmək əsas prioritetlərdən biridir. Qan dövranının normal getməsi üçün fiziki fəallıq çox mühüm əhəmiyyət kəsb edir. Müalicə prosesi zamanı dərindən nəfəs almaq, ağciyərləri genişləndirmək və qanın oksigenlə təchizatına kömək etmək lazımdır. Burada belə bir taktika var: 4 saniyə ərzində nəfəsi almaq, 7 saniyə saxlamaq və 8 saniyə ərzində nəfəsi yavaş-yavaş vermək lazımdır. Ağciyərlərin məşqi kimi həmin tənəffüs hərəkətlərinin yerinə yetirilməsi, bütün bədən üçün, eyni zamanda, beyin üçün mühüm əhəmiyyət kəsb edir. COVID-19-a yoluxma zamanı çox vaxt xəstələr dadbilmə və qoxubilmə hissinin itirilməsindən şikayətlənirlər. Həmin hal virus tərəfindən müvafiq sinirlərin zədələnməsi nəticəsində baş verir və onun bərpası üçün müəyyən qədər vaxt tələb olunur".

Beşbarmaq abidələri  tarixi irsimizin daş yaddaşı  FOTO like
  • 13 Yan 23:00  
Digərləri Beşbarmaq abidələri tarixi irsimizin daş yaddaşı FOTO

Beşbarmaq abidələrində elmi araşdırmalara XX əsrdə başlanılıb. İlk d

arrow Ətraflı
Bəy kostyumunu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev  FOTO like
  • 13 Yan 22:44  
Digərləri Bəy kostyumunu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev FOTO

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan

arrow Ətraflı
Cənubi Qafqazda yeni yollar investisiya axını və biznesin inkişafı deməkdir like
  • 13 Yan 22:35  
Siyasət Cənubi Qafqazda yeni yollar investisiya axını və biznesin inkişafı deməkdir

Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keç

arrow Ətraflı
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb  FOTO like
  • 13 Yan 22:15  
Siyasət Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İs

arrow Ətraflı
Dövlət avtomobilləri satışa çıxır  YPX maşını 8 min AZN  QİYMƏTLƏR like
  • 13 Yan 22:10  
Digərləri Dövlət avtomobilləri satışa çıxır YPX maşını 8 min AZN QİYMƏTLƏR

2 fevral 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin si

arrow Ətraflı