Ən təhlükəsiz messencer tətbiqləri Mütəxəssislər müqayisə edir


Digərləri 13 Yan 2021 22:40:00 142 0

Ən təhlükəsiz messencer tətbiqləri  Mütəxəssislər müqayisə edir

"WhatsApp", "Signal" və "Telegram" messencerlərinin fərdi məlumatlar baxımından təhlükəsizlik xüsusiyyətləri müqayisə olunub.

Son.az xəbər verir ki, bu barədə mütəxəssislərin rəylərindən ibarət məqalə yayımlayıb.

"Cross Technologies"in İnkişaf şöbəsinin müdiri Aleksandr Tyurnikov bildirib ki, hər üç tətbiqdə qarşılıqlı şifrələmədən istifadə olunur və yazışmaların məzmunu gizli qalır. Lakin bu messencerlərin bəziləri üçüncü şəxslərə ötürülə bilən istifadəçi məlumatları toplayır. Amma şirkətlərin istifadəçi məlumatlarını üçüncü tərəfə ötürməsi istisna edilməməlidir.

Mütəxəssisin sözlərinə görə, bu tətbiqlər arasında ən şəffaf işləyəni "Signal"dır. Çünki tətbiq açıq mənbəli üstünlüyünə sahibdir. Yəni burada hər kəs arxa qapılarını (istifadəçi məlumatlarına icazəsiz giriş imkanı verən alqoritm qüsurları - red.) yoxlaya bilər.

"Kaspersky" Laboratoriyasında mobil təhdidlərin tədqiqatçısı Viktor Çebışev də bütün populyar ani mesajlaşmaların şifrələmə sistemləri sayəsində nisbətən təhlükəsiz olduğuna inanır.

Qeyd edək ki, "WhatsApp" fərdi məlumatların "Facebook"a ötürülməsi ilə bağlı istifadəçi müqaviləsinə bir bənd daxil etmişdi. "Sensor Tower" "WhatsApp"dakı yeniləmədən sonra digər messencerlərin - "Signal" və "Telegram" istifadəçilərinin sayının kəskin artdığını göstərən statistikanı açıqlamışdı. (publika.az)