Cənubi Qafqazda yeni yollar investisiya axını və biznesin inkişafı deməkdir
Siyasət 13 Yan 2021 22:35:00 66 0
Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüşün əsas müzakirə mövzularından biri əlaqələrin bərpası məsələsi olub.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev: "Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır"
Son.az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Darya Qrevtsova deyib.
O bildirib ki, bu məsələnin işlənməsi üçün hər üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi ilə işçi qrupu yaradılıb: "Onlar bir neçə istiqamətdə yolların tikintisi üzrə layihələri hazırlayacaq".
Onun sözlərinə görə, yol Ermənistandan Azərbaycan vasitəsilə Rusiyaya keçəcək. Bundan başqa, Azərbaycandan Naxçıvana, daha sonra Türkiyəyə yol inşa ediləcək:
"Yeni logistika yolları Azərbaycandan keçəcəyi üçün bu, həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana sərfəli olacaq. Bütün bu infrastruktur layihələri iqtisadi inkişafa müsbət təsir göstərəcək, çünki yeni yolların salınması bu yolların keçdiyi yerlərə investisiya axını və biznesin inkişafı deməkdir".
Politoloq əlavə edib ki, işçi qrupu bir neçə məsələni həll etməlidir: "İlk növbədə, xəritədə bu yolların keçəcəyi yerlər və onların tikintisinin landşaft baxımından çətinlik səviyyəsi müəyyən edilməlidir. İkincisi, yolları tikəcək əsas podratçılar, Rusiya, Azərbaycan, Ermənistan və ya Türkiyə şirkətləri müəyyən olunmalıdır. Üçüncüsü isə kimin hansı xərcləri qarşılayacağı təyin edilməlidir. Bu, o qədər də asan olmayacaq, çünki bunun üçün əhəmiyyətli maliyyə vəsaiti tələb olunacaq".
Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İs

2 fevral 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin si

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, əm

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Re

ABŞ prezidentləri və vitse-prezidentlərinin ənənəvi təntəntənəli inau
