Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb Rusiya MN də erməni KİVin iddialarını təkzib etdi


Digərləri 13 Yan 2021 22:30:00 122 0

Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb  Rusiya MN də erməni KİVin iddialarını təkzib etdi

Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: "Atəşkəs pozuntuları qeydə alınmayıb"

Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Trend-ə açıqlamasında Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiq olduğunu və Azərbaycan Ordusunun atəşkəsi heç bir halda pozmadığını bildirib.