Şuşanı ailəsi ilə birlikdə gəzməyi arzulayan 23 yaşlı şəhid FOTO


Digərləri 13 Yan 2021 21:59:00 132 0

Şuşanı ailəsi ilə birlikdə gəzməyi arzulayan 23 yaşlı şəhid  FOTO

44 günlük Vətən müharibəsinin qəhramanlarından biri də şəhid Abbasov Samir Azər oğludur.

Son.az bildirir ki, S.Abbasov 1997-ci ildə Neftçala rayonunun Xol Qaraqaşlı kəndində doğulub.

O, 2015-ci ildə Naxçıvanda Həqiqi Hərbi xidməti şərəflə başa vurub. Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. S.Abbasov Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 

Ən böyük arzusu valideynləri ilə birlikdə Şuşa şəhərini gəzmək olan S.Abbasov noyabrın yeddisində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Noyabrın 23-də doğulduğu Xol Qaraqaşlı kəndinin qəbiristanlığında dəfn olunub.