Türkiyə "Sinovac" vaksininin tətbiqinə icazə verib


Dünya 13 Yan 2021 20:35:00 106 0

Türkiyə "Sinovac" vaksininin tətbiqinə icazə verib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan "Sinovac" vaksininin tətbiqinə icazə verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib.

Bildirilir ki, Türkiyəyə gətirilən 3 milyon doza "Sinovac" vaksininin laboratoriya yoxlaması keçirilib və hər hansı problem aşkarlanmayıb.