Rəsmi şəxslərin Qarabağa qanunsuz səfər etmələri qəbuledilməzdir Politoloq


Siyasət 13 Yan 2021 20:40:00 55 0

Rəsmi şəxslərin Qarabağa qanunsuz səfər etmələri qəbuledilməzdir  Politoloq

Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, xüsusilə də yüksək çinli rəsmi insanların Dağlıq Qarabağa səfər etmələri, üstəlik bunu nümayiş etdirmələri qəbul edilməzdir. Xüsusilə də, Ermənistanın yüksək çinli məmurlarının bu cür addımlar atması birmənalı qarşılanmır.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman digər dövlətlər kimi buna əməl etməyə məcburdur.

Politoloqun fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, yəni nəqliyyat və iqtisadi sahələrdə hər hansı bir irəliləyişin olması üçün ilk növbədə Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və onun BMT tərəfindən təsbit olunmuş ərazi bütövlüyünü tanımalıdır. Başqa sözlə, Azərbaycanın de-fakto və de-yure Dağlıq Qarabağ üzərində hakimiyyəti bütün sahələrdə təsbit olunmalıdır.

F.Ələkbərli qeyd edib ki, Ermənistanın təxribatçı addımları ilə 10 noyabr bəyanatında öz əksini tapmış müddəaların gerçəkləşməsinin sual altında qalması baş verərsə, Azərbaycan da beynəlxalq hüquq müstəvisində öz haqq işini hərbi yolla davam etdirmək məcburiyyətində qalacaq:

"Azərbaycan noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanata ciddi şəkildə əməl etdiyi halda, Ermənistan tərəfi bir çox hallarda kənara çıxmalara yol verir. Xüsusilə də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirir, üstəlik, Azərbaycanın ərazi bütövlüyünü pozur və digər təxribatçı hallara yol verir. Azərbaycanın humanitar məsələlərlə bağlı bəzi proseslərə həssas davranmasından nə Ermənistan, nə də Rusiya sülhməramlıları sui-istifadə etməməlidirlər. Dağlıq Qarabağda baş verən hər bir şeydən Azərbaycan dövlətinin xəbəri olmalı və buna birgə nəzarət həyata keçirilməlidir. Ümid edirəm ki, Türkiyə və Rusiyanın birgə Monitorinq Mərkəzi bu məsələlərə nəzarəti tezliklə öz üzərinə götürüb Azərbaycan hökumətini məlumatlandıracaq".

Ekspert qeyd edib ki, Ermənistan ərazisindəki terror qruplaşmalarının Azərbaycan ərazisinə keçərək təxribat törətmələrinə görə Ermənistan və Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Əgər bu hallar tez-tez təkrarlansa, Azərbaycan dövləti beynəlxalq hüquqa əsasən müvafiq addımlar atmaq məcburiyyətində qalacaqdır:

"Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın öz ərazisində istənilən təxribatçılıq artıq terrorçuluq kimi qiymətləndirilir və ona görə hərəkət ediləcək. Bizcə, Ermənistan rəhbərliyi bundan ciddi nəticələr çıxarmalıdır. Əks təqdirdə, dəmir yumruq ermənilərin başı üstündən əksik olmayacaq. Yalnız Ermənistan deyil, onun açıq və gizli tərəfdarları bundan ciddi nəticələr çıxarmalıdır".

Türkiyə "Sinovac" vaksininin tətbiqinə icazə verib like
  • 13 Yan 20:35  
Dünya Türkiyə "Sinovac" vaksininin tətbiqinə icazə verib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi p

arrow Ətraflı
Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb  BNA like
  • 13 Yan 20:30  
Digərləri Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb BNA

Yusif Səfərov layihəsi çərçivəsində sözü gedən küçənin Mehdi Mehdi

arrow Ətraflı
Qandonduran QƏTL: İnsanı doğrayıb çantaya yığdılar  VİDEO like
  • 13 Yan 20:19  
Dünya Qandonduran QƏTL: İnsanı doğrayıb çantaya yığdılar VİDEO

Axşam saatlarında Sakaryanın Serdivan mahalındakı Çark dərəsində köhn

arrow Ətraflı
Aktrisanın ölüm xəbəri yalan çıxdı like
  • 13 Yan 20:09  
Digərləri Aktrisanın ölüm xəbəri yalan çıxdı

"Agent 007" filmində Ceyms Bondun sevgilisi obrazını canlandıran a

arrow Ətraflı
"8 yaşımdan su içmirəm" like
  • 13 Yan 19:59  
Digərləri "8 yaşımdan su içmirəm"

Müğənni-aparıcısı Seren Serengil uzun müddətdir səhhəti ilə bağlı p

arrow Ətraflı
Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin İslamabad bəyannaməsi qəbul edilib  FOTO like
  • 13 Yan 19:49  
Siyasət Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin İslamabad bəyannaməsi qəbul edilib FOTO

Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublik

arrow Ətraflı
Məşhur simalar koronavirus istehsalında günahlandırılır like
  • 13 Yan 19:44  
Digərləri Məşhur simalar koronavirus istehsalında günahlandırılır

COVID-19-un laboratoriya şəraitində istehsal edildiyi iddiaları yenidən gü

arrow Ətraflı
"İndi adi adamlar pul qazanır, tanınmışlar yox" like
  • 13 Yan 19:34  
Şou-biznes "İndi adi adamlar pul qazanır, tanınmışlar yox"

Xalq artisti Brilliant Dadaşovanın "Pulsuzluq məni əldən salıb"

arrow Ətraflı
Türk mətbəxindən çox dadlı yemək resepti like
  • 13 Yan 19:29  
Digərləri Türk mətbəxindən çox dadlı yemək resepti

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
ICESCOnun nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub like
  • 13 Yan 19:25  
Siyasət ICESCOnun nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub

Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Tə

arrow Ətraflı
“Zəfər” avtomobilinin dizaynı hazırlandı like
  • 13 Yan 19:24  
Digərləri “Zəfər” avtomobilinin dizaynı hazırlandı

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini ba

arrow Ətraflı