Məşhur simalar koronavirus istehsalında günahlandırılır


Digərləri 13 Yan 2021 19:44:00 135 0

Məşhur simalar koronavirus istehsalında günahlandırılır

COVID-19-un laboratoriya şəraitində istehsal edildiyi iddiaları yenidən gündəmə gətirilib.

Peru məhkəməsi "Microsoft" şirkətinin qurucusu Bill Qeytsi, amerikalı iş adamı Corc Sorosu və Rokefeller ailəsini koronavirus istehsalında günahlandırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Peruda koronavirus epidemiyasının necə yayıldığına dair istintaq başladılıb.

İstintaq mətninə Rusiya mətbuatında yer alan xəbərlər də daxildir:

"Bill Qeyts, Soros, Rokefeller kimi yeni dünya düzəninin yaradıcıları xaricində heç bir dünya dövləti, həqiqi və hüquqi şəxslər bu pandemiyanın proqnozlaşdırıla biləcəyini iddia edə bilməz".

Bu məsələ mətbuatda və sosial mediada geniş yayıldıqdan sonra Peru Ali Məhkəməsi istintaqı öz üzərinə götürüb.