ICESCOnun nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub
Siyasət 13 Yan 2021 19:25:00 50 0
Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
Bu xəbəri də oxu: Ermənistan diaspor dayağını necə itirib?
Trend xəbər verir ki, qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, "qızıl fondu"nu xovlu xalçalar təşkil edən Milli Xalça Muzeyinin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.
Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini ba

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əfqanıstan İslam Respu

Mərhum Xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yar

ARB TV-nin "Onun Sirri" verilişininin növbəti qonağı xalq atris

Pakistanın paytaxtı İslamabadda Azərbaycan, Pakistan və Türkiyə Xarici İ

Rusiyalı alimlər gürzə və digər ilanların zəhərindən istifadə edərə

Dünyada təsbit edilən koronavirusun mutasiyaları ilə əlaqədar olaraq, Yap

Müdafiə Nazirliyi Füzuli rayonunun Ələsgərli kəndindən videogörüntül

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pand

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş d

Macarıstanda koronavirusun yeni ştammına yoluxma halları qeydə alınıb.

2021-ci ildə Azərbaycanda tikinti sektoru göstəricilərinin mühüm dərəc

Koronavirus testi pozitiv çıxan aktrisa Songül Öden evində müalicə alırd

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəm

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhb
