Fransada yenidən karantin rejiminin tətbiq olunacağı gözlənilir


Dünya 13 Yan 2021 18:24:00 127 0

Fransada yenidən karantin rejiminin tətbiq olunacağı gözlənilir

Qarşıdan gələn 3 ayda vəziyyət daha çətin olacaq və dözmək lazım gələcəkdir. Yay fəslində vəziyyət yaxşılaşmağa başlayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Fransada COVID-19 pandemiyası ilə mübarizə məqsədilə yaradılmış elmi şuranın sədri J.-F. Delfresi mətbuata bildirərək, ölkədəki vəziyyətlə bağlı həyəcan təbili çalıb.

Ölkədə koronavirusun yeni ştammlarına çox rast gəlinir. Peyvəndin virusun yayılmasına təsirinin bilinmədiyi qeyd edilib.

J.-F. Delfresi ingilis ştammı ilə bağlı daha çox narahat olduğunu diqqətə çatdırıb. Bu yeni ştammın ölkədə yayıldığını və onun qarşısını almağın gec olduğunu vurğulayıb. "Epidemioloji baxımdan çox paradoksal vəziyyətdəyik. Bir tərəfdən, bəzi qonşu ölkələrlə müqayisədə Fransada vəziyyət daha yaxşıdır, digər tərəfdən, hər gün göstəricilər artır",- deyə elmi şuranın sədri qeyd edib.