ICESCOnun nümayəndə heyəti İçərişəhərlə tanış olub


Siyasət 13 Yan 2021 18:45:00 63 0

ICESCOnun nümayəndə heyəti İçərişəhərlə tanış olub

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də İçərişəhərlə tanış olub.

Son.az Trend-ə istinadən bildirir ki, nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar saray kompleksi ilə başlanan tanışlıq zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Sonra qonaqlar 1895-ci ildə inşa olunan yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Bəylər məscidi ilə tanış olublar. Bildirilib ki, bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanıb. İçərişəhər ərazisində tikilən sonuncu məscid zalın böyüklüyü və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Məscidin inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.

Gəzinti zamanı qonaqlar Bakı Xan Sarayı Kompleksinin ərazisində salınmış və yeni istifadəyə verilmiş parkda olublar. 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıblar. Həmçinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olublar.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.

İçərişəhərlə tanışlıq ICESCO-nun nümayəndə heyətində zəngin təəssürat yaradıb.

Son.az 

Daha bir ölkədə koronavirusun yeni növü aşkarlandı like
  • 13 Yan 18:44  
Dünya Daha bir ölkədə koronavirusun yeni növü aşkarlandı

Macarıstanda koronavirusun yeni ştammına yoluxma halları qeydə alınıb.

arrow Ətraflı
Azad edilmiş ərazilərdə böyükmiqyaslı işlər tikinti sektorunun artımına səbəb olacaq like
  • 13 Yan 18:39  
Siyasət Azad edilmiş ərazilərdə böyükmiqyaslı işlər tikinti sektorunun artımına səbəb olacaq

2021-ci ildə Azərbaycanda tikinti sektoru göstəricilərinin mühüm dərəc

arrow Ətraflı
Virusa yoluxan aktrisa xəstəxanaya yerləşdirildi like
  • 13 Yan 18:29  
Digərləri Virusa yoluxan aktrisa xəstəxanaya yerləşdirildi

Koronavirus testi pozitiv çıxan aktrisa Songül Öden evində müalicə alırd

arrow Ətraflı
Polad Həşimovun adı küçəyə verildi like
  • 13 Yan 18:28  
Digərləri Polad Həşimovun adı küçəyə verildi

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəm

arrow Ətraflı
Nazir Ramin Quluzadə İCESCOnun Baş direktoru ilə görüşüb  FOTO like
  • 13 Yan 18:27  
Siyasət Nazir Ramin Quluzadə İCESCOnun Baş direktoru ilə görüşüb FOTO

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhb

arrow Ətraflı
Esosial.az portalından istifadə artıq daha əlçatan, like
  • 13 Yan 18:19  
Digərləri Esosial.az portalından istifadə artıq daha əlçatan,

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından raha

arrow Ətraflı
Dünyaca məşhur park peyvənd mərkəzi olaraq istifadə ediləcək like
  • 13 Yan 18:14  
Dünya Dünyaca məşhur park peyvənd mərkəzi olaraq istifadə ediləcək

ABŞ-ın ən böyük və ən məşhur əyləncə parklarından biri olan Kalifor

arrow Ətraflı
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib like
  • 13 Yan 18:10  
Siyasət Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Respu

arrow Ətraflı
İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb like
  • 13 Yan 18:09  
Dünya İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb

İtaliyada mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə p

arrow Ətraflı
Aramsız leysan yağışları İzmiri cənginə alıb like
  • 13 Yan 17:59  
Dünya Aramsız leysan yağışları İzmiri cənginə alıb

Türkiyənin Mərmərə bölgəsində yağan aramsız yağış fəsadlar törət

arrow Ətraflı
CəbrayılFüzuli istiqamətində gedən döyüşlərdə şəhid şəhid olan DİN çavuşu  FOTO like
  • 13 Yan 17:54  
Digərləri CəbrayılFüzuli istiqamətində gedən döyüşlərdə şəhid şəhid olan DİN çavuşu FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Eyniyev Tər

arrow Ətraflı
Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib  FOTO like
  • 13 Yan 17:49  
Siyasət Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsind

arrow Ətraflı
Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb like
  • 13 Yan 17:44  
Digərləri Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb

Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekol

arrow Ətraflı
Azərbaycan ordusu atəşkəsi pozmayıb  MN erməni KİVin iddialarını təkzib etdi like
  • 13 Yan 17:41  
Siyasət Azərbaycan ordusu atəşkəsi pozmayıb MN erməni KİVin iddialarını təkzib etdi

Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı

arrow Ətraflı