Nazir Ramin Quluzadə İCESCOnun Baş direktoru ilə görüşüb FOTO


Siyasət 13 Yan 2021 18:27:00 68 0

Nazir Ramin Quluzadə İCESCOnun Baş direktoru ilə görüşüb  FOTO

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a bildirilib ki, nazir Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə dağıdılan infrastrukturun yenidən qurulacağını və bərpa ediləcəyini vurğulayıb. Qeyd edib ki, tarixi şəhərimiz Şuşaya birinci dərəcəli yolun çəkilişi üzrə işlər artıq başlayıb. Xankəndinə aparan dəmir yolunun bərpası ilə bağlı işlər də gedir. Nazir Ramin Quluzadə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə infrastrukturun sıfırdan qurulacağını və əhalinin sıx yaşayacağı ərazilərdə "Ağıllı şəhər" layihələrinin tətbiq edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

"Torpaqlarımızın işğaldan azad olunması bölgənin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində də regional əməkdaşlığı inkişaf etdirir" - deyə Ramin Quluzadə qeyd edib.

Hazırda innovasiyaların bütün dünyanın diqqət mərkəzində olduğunu deyən nazir Azərbaycanda da innovasiya ekosisteminin inkişaf etdirilməsinin başlıca prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini vurğulayıb.

Ramin Quluzadə əlavə edib ki, ölkəmizdə "Ağıllı şəhər" həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.

Öz növbəsində İCESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Vətən müharibəsində qazandığımız qələbə münasibəti ilə xalqımızı bir daha təbrik edib. Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etdiyini deyən Baş direktor vəziyyətlə yerində tanış olduğunu bildirib.

"Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik. Orada yaşanan faciəni gözlərimizlə gördük. Şəhərlər tamamilə dağıdılıb, heç bir ölçüyə sığmayan vandalizm aktı törədilib", - deyə Səlim bin Məhəmməd Əl-Malik vurğulayıb.

Görüş zamanı Azərbaycan - İCESCO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, informasiya, kommunikasiya və innovasiyalar sahəsində həyata keçiriləcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi təşkil olunan "InnoWeek - İnnovasiyalar həftəsi" çərçivəsində 2021-ci ildə İCESCO ilə birgə tədbirin keçirilməsi, "Falcon Summit 2021"də yerli və xarici ölkələrin innovativ layihə və startapların beynəlxalq investorlara təqdim olunması məsələləri də müzakirə olunub.

Həmçinin Startap mübadilə proqramlarının aparılması və iki tərəf arasında müştərək müəssisələrin yaradılması imkanları, Azərbaycanın İKT sektoruna İCESCO tərəfindən investisiya qoyuluşu və startapların vençur maliyyələşmə yolu ilə kommersiyalaşdırılmasına dəstək barədə fikir mübadiləsi aparılıb.

İCESCO çərçivəsində İslam ölkələrində təhsil və İT layihələrinin dəstəklənməsi məqsədilə birgə Vençur fondların yaradılması ilə bağlı danışıqlar aparılıb.

Esosial.az portalından istifadə artıq daha əlçatan, like
  • 13 Yan 18:19  
Digərləri Esosial.az portalından istifadə artıq daha əlçatan,

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından raha

arrow Ətraflı
Dünyaca məşhur park peyvənd mərkəzi olaraq istifadə ediləcək like
  • 13 Yan 18:14  
Dünya Dünyaca məşhur park peyvənd mərkəzi olaraq istifadə ediləcək

ABŞ-ın ən böyük və ən məşhur əyləncə parklarından biri olan Kalifor

arrow Ətraflı
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib like
  • 13 Yan 18:10  
Siyasət Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Respu

arrow Ətraflı
İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb like
  • 13 Yan 18:09  
Dünya İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb

İtaliyada mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə p

arrow Ətraflı
Aramsız leysan yağışları İzmiri cənginə alıb like
  • 13 Yan 17:59  
Dünya Aramsız leysan yağışları İzmiri cənginə alıb

Türkiyənin Mərmərə bölgəsində yağan aramsız yağış fəsadlar törət

arrow Ətraflı
CəbrayılFüzuli istiqamətində gedən döyüşlərdə şəhid şəhid olan DİN çavuşu  FOTO like
  • 13 Yan 17:54  
Digərləri CəbrayılFüzuli istiqamətində gedən döyüşlərdə şəhid şəhid olan DİN çavuşu FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Eyniyev Tər

arrow Ətraflı
Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib  FOTO like
  • 13 Yan 17:49  
Siyasət Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsind

arrow Ətraflı
Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb like
  • 13 Yan 17:44  
Digərləri Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb

Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekol

arrow Ətraflı
Azərbaycan ordusu atəşkəsi pozmayıb  MN erməni KİVin iddialarını təkzib etdi like
  • 13 Yan 17:41  
Siyasət Azərbaycan ordusu atəşkəsi pozmayıb MN erməni KİVin iddialarını təkzib etdi

Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı

arrow Ətraflı
"Britaniya ştammı" artıq 50 ölkəyə yayıldı like
  • 13 Yan 17:39  
Dünya "Britaniya ştammı" artıq 50 ölkəyə yayıldı

Koronavirusun "Britaniya ştammı" 50 ölkəyə yayılıb.

arrow Ətraflı
Bakıda 2 marşrut xəttinin hərəkət qrafiki dəyişdirildi like
  • 13 Yan 17:37  
Digərləri Bakıda 2 marşrut xəttinin hərəkət qrafiki dəyişdirildi

Bakıda 2 marşrut xəttinin hərəkət qrafiki müvəqqəti dəyişdiriləcək.

arrow Ətraflı
"Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq  VİDEO like
  • 13 Yan 17:34  
Digərləri "Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq VİDEO

Növbəti həftədən etibarən "Dərs vaxtı" proqramı çərçivəsi

arrow Ətraflı
Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb  FOTO like
  • 13 Yan 17:32  
Siyasət Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb FOTO

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə azərbaycanlı həmk

arrow Ətraflı
"Telekanal və marketə getdim, Covid19a yoluxdum" like
  • 13 Yan 17:29  
Şou-biznes "Telekanal və marketə getdim, Covid19a yoluxdum"

"Hamı deyirdi möhkəmsən, sağalacaqsan. Deyib-gülürdüm, düşünürd

arrow Ətraflı