Polad Həşimovun adı küçəyə verildi


Digərləri 13 Yan 2021 18:28:00 126 0

Polad Həşimovun adı küçəyə verildi

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.

Son.az Modern.az-a istinadən bildirir ki, şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə vurulub.

Qeyd edək ki, General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 

Ona 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verilib.