Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb FOTO


Siyasət 13 Yan 2021 17:32:00 145 0

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb  FOTO

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə pakistanlı nazir öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, Azərbaycan Pakistanın uzunmüddətli dostu və tərəfdaşıdır:

"Biz regional və beynəlxalq tədbirlərdə ümumi maraqlarımızla bağlı sıx əməkdaşlıq edirik. Azərbaycan və Pakistanı tarixi, dini və mədəni bağlar birləşdirir".