"Telekanal və marketə getdim, Covid19a yoluxdum"


Şou-biznes 13 Yan 2021 17:29:00 157 0

"Telekanal və marketə getdim, Covid19a yoluxdum"

"Hamı deyirdi möhkəmsən, sağalacaqsan. Deyib-gülürdüm, düşünürdüm müalicə ilə sağalacam. Üçüncü günü vəziyyətim daha da pisləşdi. Amma müalicəni etdim və tez də sağaldım".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Yeganə Akbudak (Mürsəlova) "Günün sədası" proqramında deyib. Covid-19 virusuna yoluxan sənətçi keçirdiyi çətin anlardan danışıb:

"Ən ağırı 20 gün övladım Öməri görmədim. Bir də anamdan qorxurdum. Hər dəqiqə anamdan halını soruşurdum. Onun bəzi xəstəlikləri var ki, virusu qaldıra bilməz. Məndən əvvəl həyat yoldaşım yoluxdu, artıq xəstəliklə bağlı oxumağa başlayırdım.

Bir aydır xəstəliyim olub, yenə də qorunuram. O qədər pis sümük ağrıları keçirtdim ki, kiminsə onu yaşamasını istəmədim. Haradan yoluxduğumu bilmirəm. Amma həmin ərəfədə bir televiziyaya, bir də marketə gedirdim. Düşünürəm ki, oradan yoluxdum".