Azərbaycan 2020ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı


Siyasət 13 Yan 2021 16:04:00 56 0

Azərbaycan 2020ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı

Hazırda beynəlxalq miqyasda ölkələrin iqtisadi inkişafı üçün şərtlər heç də arzuedilən deyil. Qlobal pandemiya səbəbindən dünyada mal və xidmətlərə tələbat azalıb ki, bunun da nəticəsində iqtisadi aktivlik aşağı düşüb. Mütəxəssislərin qənaətinə görə, pandemiya səbəbindən yaşanan tənəzzül meyilləri 2008-ci il böhranından daha dərin olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, yeni növ koronavirus pandemiyası başlayandan bəri təxminən 150 ölkə maliyyə dəstəyi almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib.

Azərbaycanın adının bu siyahıda olmadığını deyən deputat qeyd edib ki, ölkəmiz pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanları hesabına qarşılayır: "Bundan başqa, məsuliyyətli dövlət olan Azərbaycan indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmlənməsinə töhfə olaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon ABŞ dolları həcmində ianə ayırıb, həmçinin 30-dan çox ölkəyə dəstək göstərib. Əlamətdar haldır ki, pandemiya dövründə respublikamızda hər hansı bir sosial layihə ixtisara salınmayıb, əksinə Prezident İlham Əliyevin təşəbbüsü ilə təxminən 5 milyon insanı əhatə edən sosial dəstək proqramı reallaşdırılıb. Azərbaycan 2020-ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı".

A.Hüseynov bütün bunların təməlində Azərbaycanın güclü iqtisadiyyatının dayandığını bildirib. "Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Nəticədə, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb. Bu gün milli iqtisadiyyatımız mənfi xarici şoklara müqavimət göstərmək iqtidarındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində də ilk növbədə güclü iqtisadi potensialı əsasında şanlı qələbəyə imza atdı və ərazi bütövlüyünü təmin etdi".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir:

"Dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarının hesabatlarında milli iqtisadiyyatımızın dayanıqlılığına, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatlara yüksək qiymət verilməsi sıradan bir hadisə sayıla bilməz. Diqqət yetirək, Dünya Bankının yenidən işlənmiş "Doing Business" hesabatına əsasən, respublikamız 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil edilib. Dünyanın bir nömrəli iqtisadi platforması sayılan Davos İqtisadi Forumunun hesabatında da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb. Sözügedən hesabata əsasən, Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin islahatçı obrazı əmsalına görə respublikamız beşinci sırada gəlir. Hökumətin uzunmüddətli strategiyası indeksi üzrə ölkəmiz 10-cu, hökumətin siyasi sabitliyi təmin etməsi əmsalına görə isə 11-ci yerə layiq görülüb.

Respublikamızda aparılan infrastruktur quruculuğuna verilən qiymət də kifayət qədər yüksəkdir. Beləliklə, dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə Azərbaycan 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi indeksinə görə isə 12-ci yerdə qərarlaşıb. Ölkəmiz avtomobil yollarının keyfiyyəti indeksi üzrə dünyada 24-27-ci yerləri bölüşür. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir".

A.Hüseynov əlavə edib ki, bəhs olunan hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb: "Dünya səviyyəsində etiraf olunan bu uğurların arxasında Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət dayanır. Son 17 ildə Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə, meydana çıxan yeni çağırışlara uyğun qurub ki, bu da uğurlarımızı şərtləndirir".

Mİlli.Az

Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı like
  • 13 Yan 15:57  
Digərləri Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöb

arrow Ətraflı
Boliviya prezidenti koronavirusa yoluxdu like
  • 13 Yan 15:54  
Dünya Boliviya prezidenti koronavirusa yoluxdu

Boliviya prezidenti Eva Morales koronavirusa yoluxub.

arrow Ətraflı
Ağakərimin son halı: "Ayaqları tutulub, gəzə bilmir" like
  • 13 Yan 15:49  
Şou-biznes Ağakərimin son halı: "Ayaqları tutulub, gəzə bilmir"

"Həmin Zaur" proqramı uzun müddətdir xəstə olan meyxanaçı Ağa

arrow Ətraflı
Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir like
  • 13 Yan 15:47  
Siyasət Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir

"Jurnalist" və "jurnalistin statusu" anlayışına huquqi b

arrow Ətraflı
Bakıda daha bir küçə təmirə bağlanır like
  • 13 Yan 15:44  
Digərləri Bakıda daha bir küçə təmirə bağlanır

Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əli

arrow Ətraflı
Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb like
  • 13 Yan 15:42  
Digərləri Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntə

arrow Ətraflı
Oqtay Əsədov Azərbaycanın hərb və diplomatik meydandakı qələbəsini şərh etdi like
  • 13 Yan 15:41  
Siyasət Oqtay Əsədov Azərbaycanın hərb və diplomatik meydandakı qələbəsini şərh etdi

Cənubi Qafqazda yeni vəziyyət yaranıb. Ötən il noyabrın 10-da imzalanan,

arrow Ətraflı
Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib like
  • 13 Yan 15:34  
Dünya Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğ

arrow Ətraflı
"Gözümdən yaş gəlirdi, gizlətməyə çalışırdım" like
  • 13 Yan 15:29  
Şou-biznes "Gözümdən yaş gəlirdi, gizlətməyə çalışırdım"

"Gecə səhərə qədər Aydın (meyxanaçı Aydın Xırdalanlı - red.) yu

arrow Ətraflı
Bu da oldu: Azyaşlıya təcavüz etdi, anasına yalvardı ki... like
  • 13 Yan 15:24  
Digərləri Bu da oldu: Azyaşlıya təcavüz etdi, anasına yalvardı ki...

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüzdə ittiham oluna

arrow Ətraflı
Bu tibb işçilərinə və könüllülərə əlavə və mükafat ödənilib like
  • 13 Yan 15:21  
Digərləri Bu tibb işçilərinə və könüllülərə əlavə və mükafat ödənilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 n

arrow Ətraflı
"14 yaşımda evdən qaçmışam" like
  • 13 Yan 15:19  
Şou-biznes "14 yaşımda evdən qaçmışam"

"Bakıya Yevlaxdan gəlmişəm. Müsabiqə var idi, qalibi oldum. 14 yaşı

arrow Ətraflı
Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq like
  • 13 Yan 15:17  
Digərləri Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq

Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türk

arrow Ətraflı
Ermənistanın törətdiyi əməllər bəşəriyyət əleyhinə cinayətdir like
  • 13 Yan 15:16  
Siyasət Ermənistanın törətdiyi əməllər bəşəriyyət əleyhinə cinayətdir

Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vax

arrow Ətraflı