Azərbaycan XİNi Ermənistan XİNin əsassız ittihamlarını rədd edir


Siyasət 13 Yan 2021 16:10:00 56 0

Azərbaycan XİNi Ermənistan XİNin əsassız ittihamlarını rədd edir

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in 13 yanvar 2020-ci il tarixli bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, şərhdə deyilir:

"Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir.

Ermənistan XİN-inə xatırladırıq ki, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.

Lakin 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.

Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.

Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birgəyaşayış fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşmənçilik propaqandasını davam etdirməsi təəssüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarır.

Azərbaycan XİN-i Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır".

Yaşamaq üçün dünyanın ən yaxşı kiçik şəhəri like
  • 13 Yan 16:09  
Dünya Yaşamaq üçün dünyanın ən yaxşı kiçik şəhəri

Portuqaliyanın Portu şəhəri yaşayış üçün dünyanın ən yaxşı kiçik

arrow Ətraflı
Azərbaycan 2020ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı like
  • 13 Yan 16:04  
Siyasət Azərbaycan 2020ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı

Hazırda beynəlxalq miqyasda ölkələrin iqtisadi inkişafı üçün şərtlə

arrow Ətraflı
Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı like
  • 13 Yan 15:57  
Digərləri Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöb

arrow Ətraflı
Boliviya prezidenti koronavirusa yoluxdu like
  • 13 Yan 15:54  
Dünya Boliviya prezidenti koronavirusa yoluxdu

Boliviya prezidenti Eva Morales koronavirusa yoluxub.

arrow Ətraflı
Ağakərimin son halı: "Ayaqları tutulub, gəzə bilmir" like
  • 13 Yan 15:49  
Şou-biznes Ağakərimin son halı: "Ayaqları tutulub, gəzə bilmir"

"Həmin Zaur" proqramı uzun müddətdir xəstə olan meyxanaçı Ağa

arrow Ətraflı
Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir like
  • 13 Yan 15:47  
Siyasət Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir

"Jurnalist" və "jurnalistin statusu" anlayışına huquqi b

arrow Ətraflı
Bakıda daha bir küçə təmirə bağlanır like
  • 13 Yan 15:44  
Digərləri Bakıda daha bir küçə təmirə bağlanır

Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əli

arrow Ətraflı
Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb like
  • 13 Yan 15:42  
Digərləri Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntə

arrow Ətraflı
Oqtay Əsədov Azərbaycanın hərb və diplomatik meydandakı qələbəsini şərh etdi like
  • 13 Yan 15:41  
Siyasət Oqtay Əsədov Azərbaycanın hərb və diplomatik meydandakı qələbəsini şərh etdi

Cənubi Qafqazda yeni vəziyyət yaranıb. Ötən il noyabrın 10-da imzalanan,

arrow Ətraflı
Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib like
  • 13 Yan 15:34  
Dünya Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğ

arrow Ətraflı
"Gözümdən yaş gəlirdi, gizlətməyə çalışırdım" like
  • 13 Yan 15:29  
Şou-biznes "Gözümdən yaş gəlirdi, gizlətməyə çalışırdım"

"Gecə səhərə qədər Aydın (meyxanaçı Aydın Xırdalanlı - red.) yu

arrow Ətraflı
Bu da oldu: Azyaşlıya təcavüz etdi, anasına yalvardı ki... like
  • 13 Yan 15:24  
Digərləri Bu da oldu: Azyaşlıya təcavüz etdi, anasına yalvardı ki...

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüzdə ittiham oluna

arrow Ətraflı
Bu tibb işçilərinə və könüllülərə əlavə və mükafat ödənilib like
  • 13 Yan 15:21  
Digərləri Bu tibb işçilərinə və könüllülərə əlavə və mükafat ödənilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 n

arrow Ətraflı
"14 yaşımda evdən qaçmışam" like
  • 13 Yan 15:19  
Şou-biznes "14 yaşımda evdən qaçmışam"

"Bakıya Yevlaxdan gəlmişəm. Müsabiqə var idi, qalibi oldum. 14 yaşı

arrow Ətraflı