Konqres sədrinin noutbukunu oğurlayan şəxs evində ölü tapıldı


Dünya 13 Yan 2021 16:19:00 118 0

Konqres sədrinin noutbukunu oğurlayan şəxs evində ölü tapıldı

ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının Konqres binasına basqını zamanı Konqresin sədri Nensi Pelosinin noutbukunu oğurlayan şəxs evində ölü tapılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

53 yaşlı Kristofer Stenton Corciyanın cəsədi həyat yoldaşı tərəfindən Alfareta şəhərindəki evlərinin zirzəmisində tapılıb. O, dərhal polisi çağıraraq çoxlu qan gördüyünü bildirib.

Kişinin ölüm səbəbi hələ müəyyənləşdirilməyib, polis hadisəni araşdırır. Onun evində iki avtomatik tüfəng tapıldığı qeyd olunub. Qonşuları mərhumu mərhəmətli və nəzakətli bir insan kimi xarakterizə ediblər.

Xatırladaq ki, demokrat Co Baydenin Prezident seçilməsi ilə nəticələnən 3 noyabr seçkilərini tanımayan Tramp tərəfdarları seçki nəticələrinin təsdiqlənməsi ilə bağlı keçirilən iclas zamanı Konqres binasına basqın etmişdilər. Nəticədə qarşıdurma olmuş, 4 nəfər həlak olmuş, 50-dən çox polis əməkdaşı daxil olmaqla xeyli sayda insan yaralanmışdı.