Oqtay Əsədov Azərbaycanın hərb və diplomatik meydandakı qələbəsini şərh etdi
Siyasət 13 Yan 2021 15:41:00 47 0
Cənubi Qafqazda yeni vəziyyət yaranıb. Ötən il noyabrın 10-da imzalanan, ardınca 2021-ci ilin yanvarın 11-də qəbul edilən sənədlərlə bu istiqamətdə real işlərin görülməsinə başlanıldı.
Bu xəbəri də oxu: Ermənistan diaspor dayağını necə itirib?
Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, əslində, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, noyabrın 10-da əldə edilmiş nəticələrin bir növ hesabatı da sayıla bilər:
"Yanvarın 11-də bütün dünyanın diqqət mərkəzində olan, müzakirə olunan üçtərərəfli görüş strateji əhəmiyyət kəsb edir. Hansı ki, həmin gün qəbul edilən bəyanat bizi strateji hədəflərimizə daha yaxınlaşdırdı.
Bəyanatda yol-nəqliyyat infrastrukturunun bərpasına aid olan məsələ hazırkı mərhələdə doğrudan da prioritetdir. Regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması regional inteqrasiya və iqtisadi inkişafı əngəlləyirdi. İndiki məqamda iqtisadi inkişaf regionda sülh və sabitliyin də davamlı olmasına yol açacaq".
O.Əsədov bildirib ki, üçtərəfli bəyanatda diqqətçəkən məqamlardan biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir: "Bu, çox vacib bir kommunikasiyadır. Bu layihə təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eləcə də digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.
Bu, Rusiya, İran və Ermənistanın da maraqlarına uyğundur. Belə ki, Ermənistan İran və Rusiya ilə birbaşa dəmiryolu və quru əlaqələrini yarada bilir.
Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Moskvada Ermənistan baş nazirinin irəli sürdüyü təkliflərdən heç birinin qəbul edilməməsi isə görüşün digər əhəmiyyətini göstərdi. Ümumiyyətlə, Bəyanat da göstərdi ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb.
Bir sözlə, Azərbaycan hərb meydanında olduğu kimi, qələbəni diplomatik arenada da davam etdirir".
Son.az
Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğ

"Gecə səhərə qədər Aydın (meyxanaçı Aydın Xırdalanlı - red.) yu

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüzdə ittiham oluna

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 n

"Bakıya Yevlaxdan gəlmişəm. Müsabiqə var idi, qalibi oldum. 14 yaşı

Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türk

Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vax

"Moskvada keçirilən 11 yanvar görüşünün nəticələri Azərbaycan, R

Rusiyada koronavirusa yoluxanların sayı 3,47 milyonu keçib.

ARB TV-nin "Onun Sirri" verilişində əməkdar artist Vasif Məhə

Ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam

Gürcüstan Ermənistan vətəndaşlarına ölkəyə girişi qadağan edib.

Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələb
