Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib


Dünya 13 Yan 2021 15:34:00 109 0

Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğasının fevral ayının ikinci yarısında başlayacağı gözlənilir.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

O qeyd edib ki, üçüncü dalğa ilə mübarizədə dünya təcrübəsindən istifadə ediləcək və yoluxmanın minimuma endirilməsi istiqamətində iş aparılacaq.