Rusiyada koronavirusdan ölənlərin sayı 63 mini keçib


Dünya 13 Yan 2021 15:14:00 97 0

Rusiyada koronavirusdan ölənlərin sayı 63 mini keçib

Rusiyada koronavirusa yoluxanların sayı 3,47 milyonu keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 22 850 nəfər virusa yoluxub, 566 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 471 053 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 63 370 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 854 088 şəxs virusdan sağalıb, 553 595 nəfərin müalicəsi isə davam edir.