Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq


Digərləri 13 Yan 2021 15:17:00 122 0

Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq

Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, məlumata əsasən, layihənin dəyəri 218 milyon avrodur.

"Tekfen Holdinq" verdiyi açıqlamada layihə inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.